• About

Pro bono – AZİP Hüquq Firması olaraq bizim korporativ dəyərlərimizin və peşəkar təcrübəmizin
təməlində dayanır. Aztəminatlı şəxslərin peşəkar hüquqi xidmətlərə olan ehtiyacını nəzərə
alaraq, eləcə də şəxsi və peşəkar məsuliyyət ruhundan çıxış edərək, yaşadığımız və işlədiyimiz
cəmiyyətin hüquqi maarifləndirilməsinə və inkişaf etdirilməsinə töhfə vermək əsas iş
prinsiplərimizdən biridir.

Ayrı-ayrı hüquq sahələri üzrə geniş təcrübəmiz bizə imkan verir ki, mənzil, daşınmaz əmlak,
vərəsəlik və miras, immiqrasiya və vizalar, qeyri-kommersiya və kiçik müəssisələrə hüquqi
məsləhətlərin verilməsi, təhsil, COVID-19 sonrası yüngülləşdirici tədbirlər, hüquqi şəxslərin
yaradılması, işsizlik müavinəti və əmək mübahisələri də daxil olmaqla müxtəlif sahələr üzrə Pro
Bono hüquqi xidmətlər göstərək.

Pro bono işlərin görülməsi könüllük prinsipinə əsaslandığından komandamızda işləyən heç bir
əməkdaş üçün icrası məcburi Pro bono proqramı tətbiq etməməklə, belə işlərin görülməsini
hüquqşünaslarımızın öz könüllü və azad seçiminə buraxmışıq. Nəticə etibarilə, AZİP Hüquq
Firması olaraq hər bir hüquqşünasımız tərəfindən ildə ən azı 50 saat Pro bono işlərin görülməsini
təmin etmək bizim peşəkar istək və hədəflərimizdəndir.
Pro Bono